Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb. Bu barədə 14 oktyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Xalxal kəndi ərazisində, meşəlik ərazidə baş verib.
Belə ki, rayonun Ərmənət kənd sakini, 1992-ci il təvəllüdlü Vüqar İlqar oğlu Mustafayev meşədə odun kəsərkən kəsdiyi ağacın budağının altında qalıb.
Xəsarət alan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.