Oğuzda keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat nəticəsində narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə iyunun 28-də Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Yabanı halda bitmiş çətənə kolları rayonun Bayan kəndində aşkarlanıb. Ümumi çəkisi 4 tona yaxın olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.