Oğuzda oğurluq hadisəsi törədən şəxs tutulub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Gecə saatlarında Oğuz şəhəri ərazisində yerləşən kompüter təmiri məntəqəsinə daxil olaraq, oradan 1500 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Elçin Mahmudov saxlanılıb.
O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.