Ötən sutka ərzində 20 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 25-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən 2 nəfər xilas olunub, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.