Ötən gün 40 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda mayın 11-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılıb.
1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.