Ötən gün ölkə ərazisində qeydə alınan 51 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə iyunun 17-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 64 nəfər, cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.