Ötən gün 92 cinayətin üstü isti izlərlə açılıb. Bu barədə noyabrın 14-də DİN-dən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.