Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub. Bu barədə 22 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.