Ötən gün 60 cinayətin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.