top
Parkinson xəstəliyinin səbəbləri - Səhiyyə Nazirliyinin mütəxəssisindən AÇIQLAMA
11 aprel 2025, 00:43
- +

Parkinson xəstəliyinin səbəbləri - Səhiyyə Nazirliyinin mütəxəssisindən AÇIQLAMA

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva Parkinson xəstəliyi barədə ətraflı məlumat verib.

İnsanoid.com ekspertlə müsahibəni təqdim edir:

- Yeganə xanım, hansı səbəbdən Parkinson xəstəliyi baş verir?

- Parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin məhvi ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Dopamin hərəkətlərin koordinasiyasına cavabdeh olan əsas neyrotransmitterlərdən biridir. Bu hüceyrələrin tədricən məhv olması nəticəsində beyində dopamin səviyyəsi azalır. Bu da hərəkət pozuntularına, əzələ sərtliyinin zəifləməsinə və digər simptomlara səbəb olur.
Genetik meyillilik olan insanlarda müəyyən mutasiyalar xəstəliyə səbəb ola bilər. Lakin bu, yalnız az hallarda müşahidə edilir.
Yaş da risk faktorlarından biridir, çünki Parkinson xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda inkişaf edir. Lakin, bəzi hallarda gənc yaşlarda da rast gəlinə bilər. Beyində iltihabi proseslərin və oksidləşdirici stresin də dopamin hüceyrələrinin məhv olmasına təsir etdiyi düşünülür.

- Parkinson xəstəliyinin əsas əlamətləri necə inkişaf edir və gündəlik həyata necə təsir edir?

- Parkinson xəstəliyinin simptomları yavaş-yavaş inkişaf edir və ilkin mərhələdə adətən nəzərə çarpmır. Xəstəliyin ən erkən əlamətlərindən biri bədənin bir tərəfində baş verən titrəmə və ya hərəkətlərin yüngül ləngiməsidir. İnsanlar hərəkətlərin əvvəlki kimi sürətli və çevik olmadığını hiss edə bilərlər.
Zaman keçdikcə hərəkətlərin ləngiməsi artır və xəstəlik irəlilədikcə balans pozuntuları, yıxılma riski və hərəkət məhdudiyyəti ortaya çıxır. Mimikaların azalması və üz ifadələrinin zəifləməsi nəticəsində xəstənin üzü daha ifadəsiz görünə bilər. Əl yazısı getdikcə xırda və qeyri-müntəzəm olur. Gündəlik fəaliyyətlər, məsələn, geyinmək, qidalanmaq və ya yazmaq çətinləşir.
Xəstəlik yalnız fiziki simptomlarla məhdudlaşmır, eyni zamanda depressiya, yorğunluq, yuxu problemləri və qoxu duyğusunun zəifləməsi kimi qeyri-motor əlamətlərlə də müşayiət olunur. Bu simptomlar birbaşa olaraq insanın həyat keyfiyyətinə təsir edir.

- Doktor, xəstəliyin diaqnozu necə müəyyən edilir?

- Parkinson xəstəliyinin diaqnozu əsasən xəstənin klinik simptomlarına və tibbi tarixçəsinə əsasən qoyulur. Hazırda bu xəstəliyi aşkarlamaq üçün xüsusi laborator testlər mövcud deyil. Nevroloji müayinə zamanı həkim xəstənin hərəkətlərini, titrəməni, əzələ sərtliyini və tarazlıq vəziyyətini qiymətləndirir.
Xəstəliyin digər nevroloji pozuntularla qarışdırılmaması üçün beyin görüntüləmə metodlarından istifadə olunur. Beyin MRT və KT müayinələri adətən beyində struktur dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün istifadə edilir, çünki bənzər simptomlar yaradan digər xəstəliklərin istisna edilməsi vacibdir. Bəzi hallarda dopamin transporter skanı kimi xüsusi görüntüləmə metodları istifadə olunur. Bu da dopamin səviyyəsinin azalmasını göstərməyə kömək edir.
Bəzən xəstənin müalicəyə reaksiyası da diaqnostik metod kimi istifadə edilir. Əgər müəyyən dərman vasitələri qəbul edildikdən sonra xəstənin hərəkətləri yaxşılaşırsa, bu, Parkinson xəstəliyinin olmasını təsdiq edə bilər.

- Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinə necə təsir edir?

- Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan bir xəstəlik deyil, eyni zamanda xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır. Eyni zamanda, bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur.
Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirə və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də, psixoloji dəstək, sosial münasibətlərin qorunması və stresin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir.

- Parkinson xəstələri üçün həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hansı strategiyalar mövcuddur?

- Parkinson xəstələri üçün həyat keyfiyyətini artırmaq üçün bir neçə mühüm strategiya mövcuddur. İlk növbədə, fiziki aktivlik və mütəmadi idman hərəkətləri vacibdir. Hərəkətlilik xəstəliyin irəliləməsini ləngidə və əzələlərin elastikliyini qorumağa kömək edə bilər. Fizioterapiya və müalicəvi idman hərəkətləri balansı yaxşılaşdırmağa və əzələ sərtliyini azaltmağa kömək edir. Sosial münasibətlərin qorunması və aktiv həyat tərzi yaşamaq xəstənin emosional vəziyyətinə müsbət təsir göstərir.
Psixoloji dəstək və terapiya xəstənin depressiya və narahatlıq hisslərini idarə etməsinə kömək edə bilər. Yuxu rejiminin düzgün tənzimlənməsi və stresin azaldılması da Parkinson xəstələri üçün vacib amillərdən biridir. Qidalanma rejiminə diqqət yetirmək və bədənin ehtiyac duyduğu vitamin və mineralları qəbul etmək xəstənin ümumi sağlamlığı üçün faydalıdır.

- Parkinson xəstəliyinin gedişatında fizioterapiya və reabilitasiyanın rolu nədən ibarətdir?

- Fizioterapiya və reabilitasiya üsulu Parkinson xəstəliyinin ən əsas proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin, ağrı, səhər saatlarında yuxululuq halı, mədə-bağırsaq fəaliyyətində yavaşlama, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.
Parkinson xəstəliyində dərman müalicəsinə əlavə olaraq xəstələrin gündəlik həyatlarında daha müstəqil və rahat olması, xəstəlik əlamətlərinin aradan qaldırılması və ya ən azından inkişafının qarşısının alınması üçün fizioterapiya proqramı verilir. İstifadə edilən başlıca müalicə üsulları hidroterapiya, bimanual müalicə, elektroterapiya kimi təməl fizioterapiya üsullarıdır. Bundan əlavə, bir xəstəyə məşq proqramı hazırlanır və bu proqram xəstənin həyatını asanlaşdırmaq üçün vacibdir. Təlim proqramına uyğunlaşmaqla, xəstələr ikincili ağırlaşmalardan qaça biləcəklər.
Reabilitasiyanın əsas hədəfi dayaq hərəkət pozğunluğunun korreksiyası və məcburi hipodinamikanın arzuolunmaz nəticələrinin qarşısının alınmasıdır. Reabilitasiya proqramının əsası əzələlərin sərtliyini azaltmaq üçün gərmə məşqlərinin icrasıdır. Bundan əlavə, duruş problemlərini aradan qaldırmaq və artımın qarşısını almaq üçün gərmə məşqləri lazımdır. Gərmə hərəkətləri yavaş, lakin tez-tez edilməlidir. İdmandan sonra tətbiq olunacaq gərmə hərəkətləri əzələ spazmının qarşısını almaq üçün çox faydalıdır. Rahatlama məşqləri yüksək konsentrasiya və xəyal gücündən istifadə edərək, bütün bədəni rahatlaşdırmağa yarayan faydalı bir üsuldur. Yalnız Parkinson kimi xəstəliklərdə deyil, sağlam insanlar da istifadə edilə bilər.
Bütün bu məşqlər mütləq bir fizioterapevt qiymətləndirməsindən sonra xəstəyə xüsusi olaraq tətbiq olunan bir proqram daxilində verilməlidir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:22

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Bütün Xəbərlər
Bu gün, 17:09

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bütün Xəbərlər
Bu gün, 16:46

Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Bütün Xəbərlər
Bu gün, 16:25

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 16:18

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 15:10

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bütün Xəbərlər
Bu gün, 13:49

Çempionlar Liqasının qrupuna düşən "Sabah" 20 milyon avrodan çox pul qazanıb - İCMAL

Bütün Xəbərlər
Bu gün, 13:15

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Bütün Xəbərlər
Bu gün, 11:05

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:09

"Sabah" tarix yazdı, Azərbaycan UEFA reytinqində zirvəyə yüksəldi

Bütün Xəbərlər
Bu gün, 09:02

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb

Bütün Xəbərlər
Bu gün, 09:00

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bütün Xəbərlər
Dünən, 18:01

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 17:17

Kişi soyuq çaya görə sevgilisini qızdırılmış şişlə dağladı

Bütün Xəbərlər
Dünən, 16:55

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Bütün Xəbərlər
Dünən, 16:41

"Azəripək" "Azərxalça"ya birləşdirilib

Bütün Xəbərlər
Dünən, 16:40

Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib

Bütün Xəbərlər
Dünən, 16:36

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 15:23

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Bütün Xəbərlər
Dünən, 12:39

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Bütün Xəbərlər
Dünən, 11:42

Ağdamdakı qətlin təfərrüatı məlum olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Bütün Xəbərlər
Dünən, 10:36

Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsə 6 il HƏBS CƏZASI

Bütün Xəbərlər
24 avqust 2026, 17:01

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki "Poyi-Kalon" kompleksi ilə tanış olublar

Bütün Xəbərlər
24 avqust 2026, 17:00

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara şəhərində "Ark" qalası ilə tanış olublar

Bütün Xəbərlər
24 avqust 2026, 16:04

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Bütün Xəbərlər
24 avqust 2026, 13:31

Bakıda kişi qətlə yetirilib, arvadı saxlanılıb

Bütün Xəbərlər
24 avqust 2026, 13:08

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün Xəbərlər
24 avqust 2026, 12:52

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Bütün Xəbərlər
24 avqust 2026, 12:36

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Bütün Xəbərlər
24 avqust 2026, 11:11

Prezident İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Oxşar xəbərlər