Qobustanda pirotexniki vasitələrin satışı ilə məşğul olan mağaza sahibi məsuliyyətə cəlb edilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının Cənnətalı Qayıbova məxsus ərzaq mağazasında təşkil edildiyi aşkarlanıb.
Cənnətalı Qayıbova məxsus ərzaq mağazasında külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.