Kolleclərə qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır. İmtahanlarda iştirak etmək üçün 25 may-3 iyun tarixlərində qeydiyyatdan keçilməlidir. Bu barədə DİM məlumat yayıb.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki: https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=72