Paytaxtın Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb. Bu barədə iyunun 20-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Mövsüm Aslanovun üzərindən və rayon ərazisindəki qəbiristanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən 16 kiloqram marixuana aşkar olunub.
Faktla əlaqədar cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.