Rusiyanın Barnaul şəhərində qadın hamilə olduğunu doğuş başlayanda öyrəndi.
İnsanoid.com xəbər verir ki, bu barədə Altay Diyarı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, yerli sakin özünü pis hiss etməsi ilə bağlı şikayətlərlə regional klinik təcili yardım xəstəxanasına müraciət edib. Müayinə zamanı isə həkim ona hamilə olduğunu və tezliklə ana olacağını deyəndə qadın şoka düşüb.
Bildirilir ki, qadına təcili qeysəriyyə əməliyyatı lazım olub.
Həkimlərin sözlərinə görə, həm ana, həm də yenidoğulmuş özlərini qənaətbəxş hiss edirlər.