Balaxanı qəsəbəsi ərazisində qadına qarşı soyğunçuluq edilib. Bu haqda noyabrın 17-də DİN-dən bildirilib.
Belə ki, bir nəfər qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib və soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərib.
Əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.