Qaxda iki yaşlı uşaq yuyucu vasitədən zəhərlənib. Bu barədə noyabrın 25-də Sonxəbər məlumat yayıb.
Hadisə rayonun Qaşqaçay kəndində baş verib.
Kənd sakini, 2020-ci il təvəllüdlü Şövkət Babayev nəzarətsiz qalaraq yuyucu maye "Vanish" içib. Azyaşlı mayedən zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb.
Həkimlər Ş.Babayevin həyatını xilas ediblər. Hazırda vəziyyəti normaldır.