Qazax rayonunun Daş Salahlı kəndində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 24 dekabr tarixində xəbər verir.
2 ailəyə məxsus ümumi sahəsi 400 kv.m (hər mərtəbəsi 200 kv.m) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.