Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb. Bu barədə 21 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxs Masallı rayon sakini Fuad Nəsrullayevdir.
Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.