Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 12 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu Burcalı Hacıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.