Qusar sakinindən narkotik vasitə, beşbarmaq və bıçaq aşkarlanıb. Bu barədə 19 noyabr tarixində Report məlumat verib.
Narkotik vasitələri istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Samir Ələskərov saxlanılıb. Yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin istifadəsində şübhəli bilinən rayon sakini Ruhid Babayev saxlanılıb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Samir Ələskərovun barəsində həbs qətimkan tədbiri seçilib. R.Babayev isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.