Aktyor Mixail Yefremov məhkəmənin hökmü ilə cəza çəkdiyi Belqorod vilayətindəki cəzaçəkmə müəssisəsindən azad edilib. Yefremov müəssisənin qapısına toplaşan çoxsaylı mətbuat nümayəndələri ilə görüşməmək üçün gizli şəkildə həbsxana ərazisindən çıxarılıb.
İnsanoid.com xəbər verir ki, 2020-ci ilin iyun ayında Mixail Yefremovun idarə etdiyi avtomobil qarşıdan gələn mikroavtobusla toqquşub. Mikroavtobusun sürücüsü Sergey Zaxarov hadisə yerində ölüb. Ekspertiza aktyorun sərxoş vəziyyətdə olduğunu təsdiqləyib.
2020-ci ilin sentyabrında məhkəmə Mixail Yefremovu ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra şikayətə baxılıb, Moskva Şəhər Məhkəməsi cəzanı 7 il yarıma endirib. 2025-ci il fevralın sonunda Alekseyevkada IK-4-də olan Yefremov vaxtından əvvəl azadlığa buraxılması üçün vəsatət qaldırıb.
Qeyd olunur ki, M.Yefremovun xroniki ağciyər xəstəliyi ağırlaşıb. O, Moskvada müalicə olunacaq.