Şabran rayonunda Ağalıq kanalı beton üzlüyə alınır. Bu barədə noyabrın 28-də “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Sözügedən kanal vasitəsilə min hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq.
Eyni zamanda növbəti mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan təmizlənir. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub.
Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda suvarma kanalından istifadə edilir.