Şabranda ekskavator yol kənarındakı elektrik dirəyinə çırpılıb. Bu haqda iyulun 5-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İnsident Təzəkənd kəndində baş verib. Nəticədə ekskavatorun yanar hissələri alovlanıb.
Məlumata görə, yanğın söndürülüb.