Şabran rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib. Bu haqda Report xəbər yayıb.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi yad edilib və ruhlarına dualar oxunub.
Daha sonra Şabran Mədəniyyət Evində “Zəfərimiz Əbədidir” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
[gallery link="file" columns="2" size="full" ids="93228,93229"]