Şabranda 2 nəfər rayon sakini narkotik vasitələrin daşınmasına görə saxlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.