Şabran rayonunda DYP əməkdaşını avtomobil vurub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunda, Gəndob kəndi yaxınlığında xidmət aparan Siyəzən rayon sakini, 32 yaşlı polis serjantı Röyal Ağayevi avtomobil vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.