Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin ikiqat artırılmasına dair layihə təsdiqlənib.
Bununla bağlı dəyişiklik layihəsi parlamentin bu gün, dekabrın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Hazırda bu rəqəmlər vəzifəli şəxslər üçün 1 000 manatdan 1 500 manatadək məbləğdə dəyişir.