Şəhid ailə üzvləri və müharibə əlillərinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqamətində indiyədək 6 772 442 30 manat vəsait xərclənib.
Bu barədə 8 dekabr tarixində Report "YAŞAT" Fondunun rəhbərinə istinadən məlumat verib.
O bildirib ki, bu istiqamətlər üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib: "Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392 73 manat borc ləğv edilib".