Şəkidə intihar hadisəsi baş verib. Bu barədə iyunun 28-də Apa məlumat yayıb.
Hadisə ötən gün rayonun Aşağı Göynük kəndində baş verib. Kənd sakini, 67 yaşlı Bayram Əhmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı onun intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.