Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb. Bu barədə 3 yanvar tarixində Report məlumat verib.
Hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus öncə "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.