Şəkidə narkotik alverçisi saxlanılıb. Bu barədə Apa 27dekabr tarixində məlumat verib.
Şəhər sakini, əvvəllər də xuliqanlıq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş Rafiq Əsgərov şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Saxlanılan R.Əsgərov barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.