Salyanda yol qəzası baş verib. Bu barədə mayın 13-də APA məlumat yayıb.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan Şəkərli kənd sakini, 2011-ci il təvəllüdlü Balabəy Quliyevi vurub. 11 yaşlı velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.