Salyan rayonu ərazisində baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Ələt-Astara magistralının rayonun Həsənli kəndi ərazisindən keçən hissəsində kənd sakini, 28 yaşlı Elşən Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb.
İnəyi vurmamaq üçün avtomobili yol kənarına yönəldən sürücü digər qəzadan yayına bilməyib. “VAZ” markalı nəqliyyat vasitəsi qarşıdan gələn “QAZ-31” markalı avtomobilə çarpılaraq kollektora düşüb.
Qəza nəticəsində sürücü və daha bir sərnişin xəsarət alıblar.
Sərnişin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib, sürücü isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.