Salyan rayonunun Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapılıb. Bu barədə noyabrın 18-də DİN-dən bildirilib.
Meyitin təxminən 40-45 yaşlı Məmmədov Etibar Qüdrət oğluna aid olduğu məlum olub. Ona 5-6 bıçaq zərbəsinin vurulduğu bildirilir.
Şahidlərin sözlərinə görə, bıçaqla qətlə yetirildikdən sonra izi itirmək məqsədilə meyit Xocalı kənd sakinlərindən birinin həyət darvazasının qarşısına atılıb. Ev sahibi darvazanı açıb çölə çıxan zaman meyiti görüb və dərhal aidiyyəti qurumlara məlumat verib.
Hazırda qətlə yetirilən şəxsin yaşadığı ünvan istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.