Salyanda narkotikin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb. Bu barədə İnsanoid dekabrın 1-də DİN-ə istinadən xəbər verir.
“Renault” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Daha sonra sürücü Emin Niftiyevin narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.