Salyanda məktəbli qəflətən ölüb. Bu barədə 21 dekabr tarixində Lent.az məlumat verir.
Hadisə rayonun Aşağı Kürkənd tam orta məktəbində baş verib. 9-cu sinif şagirdi, 14 yaşlı Nuray Qasımova bir neçə gün əvvəl beyin qanaxması ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, məktəbli qız orada dünyasını dəyişib.