Salyan rayonunda yanğın baş verib. Bu barədə noyabrın 18-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Çuxanlı kəndində qeydə alınıb. Sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlaması yanıb.
Tövlənin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.