Şamaxı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Bu haqda noyabrın 29-da Unikal.az xəbər verib.
Belə ki, Şamaxı şəhərinin İmamlı küçəsindəki 42 saylı mənzildə yaşayan 1989-cu il təvəllüdlü İbrahimov Şaiq və həyat yoldaşı, 1989-cu il təvəllüdlü İbrahimova Kəmalə dəm qazından zəhərləniblər.
Onlar təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin səyi nəticəsində hər iki şəxsin həyatı xilas olunub, hazırda müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.