Şəmkirdə 1994-cü il təvəllüdlü N.Aslanovu elektrik cərəyanı vurub. Bu barədə noyabrın 28-də Report xəbər verib.
Hadisə onun yaşadığı evdə təmir işləri görən zaman ehtiyatsızlıqdan baş verib. N.Aslanov xəsarət alıb və xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.