Şəmkir şəhərində ümumi sahəsi 200 kvadratmetr olan, bir dam altında tikilən 3 ailəyə məxsus evlərdən sahəsi 50 kvadratmetr olan 3 otaqlı evin 2 otağının tavanı və qismən 40 kvadratmetr sahədə ev əşyaları yanıb.
Bu barədə 26 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.