Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir. Bu barədə 7 dekabr tarixində Report məlumat verib.
Zərərçəkmişin əri - 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1989-cu il təvəllüdlü Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.