Şəmkirdə 38 yaşlı kişi bıçaq xəsarəti alıb. Bu barədə noyabrın 18-də İnsanoid Report-a istinadən xəbər verir.
Belə ki, rayonun Əliyaqublu kənd sakini, 1984-cü il təvəllüdlü Taleh İsfəndiyarov sol gicgah nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Özünün sözlərinə görə, o, tanımadığı şəxs tərəfindən səbəbsiz yerə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.