Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Bu barədə Report 30 noyabr tarixində məlumat verib.
Rayonun Kür qəsəbəsində Şəmkir rayon sakini, 44 yaşlı Anar Babayev mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onu bıçaqlamaqda qardaşı, 40 yaşlı Yaşar Babayev şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.