Şəmkirdə ər arvadına xəsarət yetirib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Rayon sakini, 39 yaşlı A.Babayevanı həyat yoldaşı ailədaxili münasibətlər zəminində döyüb, daha sonra qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirib.
Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.