Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA 23 dekabr tarixində məlumat verib.
Şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir sakini, 44 yaşlı Təranə Mahmudovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.