Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 25 noyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Minik maşınının aşması nəticəsində 1995-ci il təvəllüdlü Ceyhun Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.