Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə noyabrın 28-də Bizim.media xəbər verib.
Hadisə rayonun Yeni Həyat kəndində baş verib. Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq işıq dirəyinə çarpılıb.
Qəza zamanı avtomobilin sürücüsü Sevinc Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.