Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub. Bu haqda Insanoid dekabrın 10-da Report-a istinadən xəbər verir.
Hadisə rayonun "Kraz yolu" adlanan ərazisində qeydə alınıb. Belə ki, "VAZ" markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisəyə səbəb sürücülərdən birinin hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması olub.
Faktla bağlı araşdırma aparılır.