Şəmkir rayonunda ev yanıb. Bu barədə dekabrın 9-da FHN-dən bildirilib.
Hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları, qamışdan ibarət dam örtüyü yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.