Şəmkirdə qadın itkin düşüb. Bu barədə 13 dekabr tarixində Report Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.
Rayon sakini, 31 yaşlı Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
"Aygül Hüseynovanın boyu 160 sm, arıq bədən quruluşludur, qara, uzun saçları var. Evdən çıxarkən onun əynində qara rəngli kofta, göy rəngli cins şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.